Bakı və London arasında mühüm razılaşma! Qlobal məsələlərdə koordinasiya dərinləşəcək

Bakı və London arasında mühüm razılaşma! Qlobal məsələlərdə koordinasiya dərinləşəcək
Video
Siyasət 2

Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Dublində iki dövlət arasında strateji tərəfdaşlığa dair bəyannaməyə imza atıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın yayımladığı süjetdə məlumat verilib.

Bildirilir ki, sözügedən sənəd müdafiə, təhlükəsizlik, ticarət, investisiya, təhsil, elm və innovasiyalar sahələrində əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutur.

Bəyannamədə həmçinin avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsinin əhəmiyyəti xüsusi qeyd olunur.

Qeyd olunur ki, Böyük Britaniya regionda dayanıqlı sülhün əldə olunmasına yönəlmiş cəhdləri dəstəklədiyini bir daha təsdiqləyib.

Vurğulanır ki, tərəflər regional və beynəlxalq məsələlərdə koordinasiyanı gücləndirmək, təhlükəsizlik istiqamətində müştərək fəaliyyəti inkişaf etdirmək, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin inkişafına dəstək vermək barədə razılığa gəliblər.

Bundan əlavə, Azərbaycan və Böyük Britaniya strateji tərəfdaşlıq çərçivəsində hər il ənənəvi görüşlərin keçirilməsi barədə məlumat verilib.

Son xəbərlər