Britaniya səfirliyi: "Azərbaycanla strateji tərəfdaşlığa başlamaqla tarixi mərhələyə qədəm qoyulur"
Yeniliklərdən dərhal xəbərdar olun
"Strateji tərəfdaşlığın elan edilməsi ilə tarixi bir mərhələyə qədəm qoyulur və Böyük Britaniya-Azərbaycan əlaqələri indi həmişəkindən daha güclüdür".
BAKU.WS xəbər verir ki, bu, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.
"Strateji tərəfdaşlıq ölkələrimiz arasında mövcud olan çoxillik dostluq ənənələrinə əsaslanır. Biz birlikdə iqtisadi inkişafı stimullaşdıracaq, təhlükəsizlik sahəsini gücləndirəcək və innovasiyaları təşviq edəcəyik. Bütün bu addımlar həm Britaniya, həm də Azərbaycan vətəndaşlarına real faydalar gətirəcək və yeni perspektivlər açacaq.
Eyni zamanda, əlaqələrimizin qurulmasında əməyi keçən insanları - ölkələrimiz arasında davamlı tellər yaradan və birgə çalışan dostları, tərəfdaşları, işgüzar dairələri, tələbələri və icmaları xüsusi ilə qeyd etmək lazımdır. Bu prosesin iştirakçısı olan hər kəsə təşəkkür edirik", - deyə paylaşımda bildirilir.
Oxşar xəbərlər
Zakir Həsənov helikopter qəzasına görə Yaşar Gülərə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə BAKU.WS-ə Müda...