Maurisio Poçettino ABŞ millisindən ayrılması ilə bağlı açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettino ABŞ milli komandasından ayrılması ilə bağlı fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, argentinalı mütəxəssis ABŞ Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında milli komandada çalışdığı dövrü karyerasının böyük şərəfi adlandırıb.
"ABŞ millisinin gerbini təmsil etmək karyeramda böyük şərəf idi. Biz futbolçulara sədaqətlərinə, azarkeşlərə inamlarına, federasiyaya isə məşqçi heyətimizə göstərdiyi davamlı dəstəyə görə minnətdarıq.
Burada olduğumuz müddətdə əməkdaşlığa və qurduğumuz möhtəşəm iş münasibətlərinə görə rəhbərliyə təşəkkür etmək istəyirik.
ABŞ millisinin böyük potensialı var. Gənclərdən ibarət komandalardan tutmuş əsas yığmayadək çox istedadlı futbolçular yetişir. Amerika futbolunun gələcəyinə bu qədər inanmağımızın səbəblərindən biri də budur.
ABŞ komandaları hər dəfə meydana çıxanda onları dəstəkləməyə davam edəcəyik. Bu ölkə və milli komanda hər zaman qəlbimizdə xüsusi yer tutacaq", - deyə Poçettino bildirib.
Qeyd edək ki, Maurisio Poçettino ABŞ millisindən ayrıldıqdan sonra İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Usman Nurməhəmmədov Merab Dvalişvili ilə davaya görə həbs edildi
Əbu-Dabi məhkəməsi Usman Nurməhəmmədov və Merab Dvalişvili arasında baş verən insidentlə bağlı 10 təqsirləndirilən şəxs barəsində hökm çıxarıb. BAKU.WS xəbər ve...