UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək.
BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.
D Liqasının 2-ci qrupunun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.
Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.
Oxşar xəbərlər
Abu-Dabidəki məşhur davaya görə 10 nəfər SAXLANILIB
Abu-Dabi polisi Usman Nurmaqomedov və Merab Dvalişvilinin iştirakı ilə hoteldə baş verən kütləvi dava ilə bağlı 10 nəfərin saxlanıldığını təsdiqləyib. BAKU.WS x...