"Trabzonspor"lu futbolçu, azərbaycanlı həkim və silah...
Yeniliklərdən dərhal xəbərdar olun
Polşalı sabiq futbolçu Miroslav Şımkovyak Türkiyənin "Trabzonspor" klubunda çıxış etdiyi dövrdə yaşadığı maraqlı hadisəni danışıb.
BAKU.WS xəbər verir ki, o, Trabzonda futbolçular arasında qeyri-adi bir ənənənin olduğunu bildirib. Belə ki, müəyyən sayda qol vuran oyunçular silah mağazasına aparılır və onlara istədikləri silahı seçmək imkanı yaradılırmış.
Şımkovyakın sözlərinə görə, ona da belə bir silah təqdim edilib. Lakin polşalı futbolçu silahdan istifadə etməkdən qorxduğunu bildirərək hədiyyəni qəbul etməyib və heç bir sənədə imza atmadan onu komandanın həkiminə verib.
O, klubun həkiminin azərbaycanlı olduğunu xüsusi vurğulayıb:
"Silahdan qorxduğumu və onu istəmədiyimi dedim. Əslində, Trabzona ilk gəldiyim vaxt müqavilə imzalayarkən də məndən silah istəyib-istəmədiyimi soruşmuşdular. Mən isə silahın mənə nə lazım olduğunu soruşdum. Cavab verdilər ki, burada hamının silahı var. Mən oynadığım dövrdən danışıram, indi vəziyyətin necə olduğunu bilmirəm".
Qeyd edək ki, Miroslav Şımkovyak 2005-2006-cı illərdə "Trabzonspor"un formasını geyinib. O, Polşa yığmasının da üzvü olub və 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında iştirak edib.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək. BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu koll...