Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü

Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
Video
Hadisə 7

Xətai rayonunda yerləşən Vunq Tau küçəsində çirkab sular yola axır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, uzun müddətdir kanalizasiya suları asfalt qatının altından çıxaraq yola axır. Nəticədə ətrafdan pis qoxu gəlir və antisanitar vəziyyət yaranır.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı məlumat müvafiq sukanal idarəsinə verildi. Əraziyə briqada cəlb ediləcək, tutulma aradan qaldırılacaq.

Həmçinin vurğulanıb ki, sözügedən ünvanda vaxtaşırı tullantı su xəttinin tutulmasına səbəb vətəndaşların şəbəkəyə məişət əşyaları atmaları olur:

"Xüsusilə bildiririk ki, tullantı su xətti yalnız tullantı suyu axıtmaq üçündür. Kanalizasiya xətlərinə tullantı suyundan kənar əşyalar məişət tullantıları (salfet, qida qalıqları, sellofan və s.) atmaq yolverilməzdir. Nəticədə bu qalıqlar yığılaraq xətdə tutulma yaradır və ərazidə antisanitar və xoşagəlməz mənzərə yaranır. Bu halın təkrarlanması vətəndaşlardan tullantıların təyinatı üzrə atılmasına və kanalizasiya xətlərindən düzgün istifadə qaydalarına riayət etmələri xahiş olunur".

Ərazidən kadrları təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər