Bu mərkəzin binası əsaslı təmir olunacaq – 1,5 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda tibbi qiymətləndirmə xidmətlərinin göstərildiyi inzibati binan əsaslı təmir olunacaq.
BAKU.WS-in məlumatına görə, bununla bağlı işləri Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 1 milyon 574 min manat təşkil edir. İşlər Yevlax Tibbi Qiymətləndirmə Mərkəzinin inzibati binasını əhatə edəcək.
Qeyd edək ki, mərkəz əlilliyin müəyyən edilməsi və hərbi xidmətə çağırılan vətəndaşların tibbi qiymətləndirilməsi ilə bağlı fəaliyyət göstərən qurumun regional strukturudur.
İnzibati binanın əsaslı təmiri tibbi qiymətləndirmə xidmətlərinin daha əlverişli şəraitdə təşkili baxımından əhəmiyyətlidir. Müasir və lazımi infrastruktura malik iş şəraitinin yaradılması həm əməkdaşların fəaliyyətinin səmərəliliyinə, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
ŞAD XƏBƏR - Hər heyvana görə 1000 manat verilməsi təklif edilir
"İribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbinin ləğvi təklif olunur". BAKU.WS Oxu.az-a istinadən xəb...