Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.
Bu barədə BAKU.WS Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün bu il noyabrın 19-na nəzərdə tutulmuş yazılı imtahan noyabrın 23-ü tarixinə keçirilib.
İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcəkdir.
Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
Buraxılış vərəqəsi və "Yaddaş kitabçası" Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsindəki şəxsi kabinet vasitəsilə əldə edilərək çap olunmalıdır.
Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlamaq olar.
Oxşar xəbərlər
"İnsanyönümlü şəhərlər" hakatonu başa çatıb
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən "İnsanyönümlü şəhərlər" hakatonu uğurla başa çatıb. BAKU.WS xəbər verir ki, hakatonun əsas məqsədi gənclərin...