Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub.
BAKU.WS-in məlumatına görə, siyahının ilk üçlüyündə Maxaçevlə yanaşı fiqurlu konkisürənlər Aleksandra İqnatova (Trusova) və Kamila Valieva da yer alıblar.
Reytinqdə dördüncü pilləyə MMA döyüşçüsü Pyotr Yan yüksəlib. Beşinci yerdə futbolçu Matvey Safonov, altıncı sırada isə xokkey ulduzu Aleksandr Oveçkin qərarlaşıb.
İlk onluqda həmçinin futbolçu Aleksey Batrakov, tennisçi Daniil Medvedev, tennisçi Mirra Andreyeva və boksçu Dmitri Bivol yer alıb.
"Forbes" reytinqi hazırlayarkən idmançıların mediada və sosial şəbəkələrdə tanınma səviyyəsini, izləyici auditoriyasının həcmini və onların paylaşımlara marağını nəzərə alıb.
Qiymətləndirmə metodologiyasında ən böyük pay izləyicilərin fəallığına verilib. Bu göstərici ümumi nəticənin 40 faizini təşkil edib. Sosial şəbəkələrdəki izləyici sayı 30 faiz, sosial mediada idmançılar haqqında paylaşılan məlumatlar 20 faiz, ənənəvi mediada tanınma səviyyəsi isə 10 faiz çəki ilə hesablanıb.
Araşdırma 2025-ci il oktyabrın 1-dən 2026-cı il oktyabrın 1-dək olan dövrü əhatə edib. Siyahıya son 12 ay ərzində rəsmi yarışlarda iştirak etmiş idmançılar daxil edilə bilərdi.
Qeyd edək ki, ilkin mərhələdə 23 idman növünü təmsil edən 318 idmançının adı uzun siyahıya salınıb.
Oxşar xəbərlər
Maurisio Poçettino ABŞ millisindən ayrılması ilə bağlı açıqlama verdi
"Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettino ABŞ milli komandasından ayrılması ilə bağlı fikirlərini bölüşüb. BAKU.WS xəbər verir ki, argentinalı...