ABŞ-də tanker kruiz gəmisi ilə toqquşub - 32 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Yeni Orlean şəhərində tankerin kruiz layneri ilə toqquşması nəticəsində azı 32 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb, 32 nəfər xəstəxanaya yerləşdirilib.
Yeni Orleanın meri Helena Moreno isə xəsarət alanların heç birinin ağır vəziyyətdə olmadığını bildirib. Hadisə nəticəsində itkin düşən də yoxdur.
Məlumata görə, toqquşma "American Heritage" kruiz layneri ilə "Atlantic Asphalt" tankeri arasında baş verib. İdarəetməni itirən tanker laynerə çırpılıb. Sərnişinlər gəmini tərk etməyə başlayarkən tanker suya batmağa başlayıb və daha sonra aşıb.
Merin sözlərinə görə, kruiz laynerinin göyərtəsində təxminən 130 nəfər olub.
Qalereya
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar aparmaq məqsədilə Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır. BAKU.WS xəbər verir ki, bu barə...