İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib

İsrail Fransada prezidentliyə namizədi persona non qrata elan edib
Dünya 16

İsrail Fransada prezidentliyə namizəd, solçu siyasətçi Jan-Lük Melanşonu ölkəyə münasibətdə "son dərəcə düşmən mövqeyi" tutmaqda ittiham edərək "persona non qrata" elan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Məlumata görə, Fransanın "Təslim olmayan Fransa" partiyasının lideri Jan-Lük Melanşona və parlament fraksiyasının sədri Matilda Panoya İsrailə giriş qadağan edilib.

XİN-dən bildirilib ki, qərar partiyanın anti-İsrail mövqeyi və rəhbərlərinin İsraili ittiham edən bəyanatları ilə bağlıdır. Bundan əlavə, Melanşonun Qəzza zolağına yola düşən humanitar flotiliyaları müşayiət etmək üçün Fransa gəmilərinin göndərilməsi barədə çağırışı İsrail hakimiyyətinin narazılığına səbəb olub.

Qeyd olunub ki, qərar xarici işlər naziri Gideon Saar və daxili işlər naziri tərəfindən qəbul edilib.

Xatırladaq ki, ötən gün Melanşon 2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə Fransa donanmasını Qəzza zolağına göndərilən humanitar flotiliyaların müdafiəsinə yönəldəcəyini vəd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər