Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə çoxtərəfli danışıqların növbəti raundu gələn həftə baş tutacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
"Düşünürəm ki, biz bütün məsələləri ətraflı müzakirə etdik. Bu, gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparacağımız söhbətə təsir göstərəcək", – Kuşner deyib.
Daha əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ və Rusiyanın yeni danışıqlar raundunu razılaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, görüşə Avropa nümayəndələri də qoşulacaq.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...