SpaceX və Tesla 3,7 trilyon dollarlıq birləşməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
İlon Maskın sahibi olduğu SpaceX və Tesla şirkətlərinin birləşdirilməsi istiqamətində danışıqlarda irəliləyiş əldə olunub. Razılaşmanın reallaşacağı təqdirdə, ümumi bazar dəyəri 3,7 trilyon dollara çatan nəhəng şirkət yaranacaq.
BAKU.WS xəbər verir ki, Bloomberg-in məlumatına görə, tərəflər rəsmi razılaşmanı dekabr ayında elan etmək üçün prosesi sürətləndiriblər.
Birləşmənin əsas səbəblərindən biri hər iki şirkətin süni intellekt sahəsində ortaq maraqlarıdır. İlon Mask investorlarla görüşündə şirkətlərin birləşməsinin böyük dəyər yaradacağını bildirib. O, proqram təminatı və mikroçiplərin hazırlanmasında əməkdaşlığın hər iki tərəfə ciddi fayda verəcəyini vurğulayıb.
Danışıqların sürətlənməsinin səbəblərindən biri də razılaşmanın ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyası dövründə yekunlaşdırılması istəyidir. Belə böyük birləşmə tənzimləyici qurumların ciddi razılığını tələb etdiyindən, tərəflər mümkün siyasi və hüquqi dəyişikliklərdən əvvəl prosesi başa çatdırmağa çalışırlar.
Bununla belə, razılaşmanın qarşısında bir sıra maneələr var. İlon Mask yekun danışıqlarda iştirak etməyəcəyini və şərtlərin müəyyənləşdirilməsini hər iki şirkətin müstəqil xüsusi komitələrinə həvalə etdiyini bildirib.
Əsas çətinliklərdən biri Tesla səhmdarlarının razılığının alınmasıdır. Mask SpaceX-də səsvermə hüquqlarının 80 faizindən çoxuna nəzarət etsə də, Teslada payı təxminən 20 faizdir.
Analitiklər həmçinin SpaceX-in ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı həssas müqavilələri və Teslanın Çindəki böyük istehsal bazası arasında mümkün ziddiyyətlərə diqqət çəkirlər.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...