Pavel Durov hakerlərə meydan oxudu: "Telegram hesabımı sındırmağa çalışın"
Yeniliklərdən dərhal xəbərdar olun
Telegram-ın yaradıcısı Pavel Durov messencerdə təhlükəsizlik boşluğu ilə bağlı yayılan məlumatlardan sonra hakerləri şəxsi hesabını sındırmağa çağırıb.
BAKU.WS xəbər verir ki, Durov bu barədə özünün Telegram kanalında paylaşım edib.
O, messencerdə istifadəçilərin hesablarını itirməsinə səbəb ola biləcək yeni təhlükəsizlik boşluğunun mövcudluğu ilə bağlı xəbərləri təkzib edib. Bildirib ki, sadəcə istifadəçiyə mesaj göndərməklə onun hesabına müdaxilə etmək mümkün deyil.
Durovun sözlərinə görə, iddia edilən hücumun reallaşması üçün istifadəçinin əvvəlcə kənar xidməti özü aktivləşdirməsi tələb olunurdu. O, problemin server səviyyəsində artıq aradan qaldırıldığını da vurğulayıb.
"Bunun baş verməsi üçün əvvəlcə kənar xidmətin aktiv şəkildə işə salınması lazım idi. Üstəlik, bu problem artıq server tərəfində düzəldilib. Başqa cür düşünürsünüz? O zaman gəlin, mənim hesabımı sındırmağa çalışın", – deyə Durov hakerlərə müraciət edib və şəxsi profilinə keçid paylaşıb.
Qeyd edək ki, təhlükəsizlik problemi ilə bağlı müzakirələr Durovun Telegram-da yeni vidcetlərin istifadəyə verildiyini açıqlamasından sonra başlayıb. Araşdırmaçılar həmin funksiyanın cihazda kənar kodların icrasına şərait yarada biləcəyini iddia ediblər.
Mütəxəssislər bununla bağlı hazırladıqları videoda istifadəçinin botla söhbətə daxil olaraq vidceti işə saldığını nümayiş etdiriblər. Daha sonra ekranda geri sayım başlayıb və cihazın sistem kalkulyatoru avtomatik açılıb. Ekspertlərin fikrincə, nəzəri olaraq kalkulyator əvəzinə başqa proqramın işə salınması riski də mövcud ola bilərdi.
Oxşar xəbərlər
Niderland kraliçasına polkovnik-leytenant rütbəsi verilib
Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı, kraliça Maksima hərbi hazırlığı başa vurduqdan sonra ehtiyatda olan zabit kimi quru qoşunlarının polkovnik-ley...