Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb

Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb
Video
Sosial 0

Borcunu ödəməyən binaların istilik təchizatı dayandırıla bilər.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, sabahdan paytaxtda və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. Qurumun məlumatına görə, abonentlərin böyük əksəriyyəti ödənişlərini vaxtında həyata keçirib və ötən mövsümdən borcları qalmayıb.

Lakin bəzi ərazilərdə istilik xidmətlərinə görə ödənişlərin səviyyəsi aşağıdır.

Belə ki, paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində göstərilən 63,5 min manatlıq xidmətin dəyərinin 33,4 faizi, Sumqayıt şəhərində 173,7 min manatlıq xidmətin 41,6 faizi, Bərdə rayonunda 319,6 min manatlıq xidmətin 29,5 faizi ödənilib.

Ağcabədi rayonunda göstərilən 121,3 min manatlıq xidmətin dəyərinin cəmi 17,5 faizi, Tərtər rayonunda 255,2 min manatlıq xidmətin 24,6 faizi, Goranboy rayonunda isə 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib.

"Azəristiliktəchizat" ASC bəyan edib ki, borclar ödənilməyəcəyi təqdirdə, müvafiq qazanxanaların fəaliyyəti dayandırılacaq.

Bu istilik mövsümündə ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin xidmət göstərdiyi, iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda istilik verilişinə noyabrın 1-dən başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər