Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb
Video
Siyasət 28

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib.

"Əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" - sualına cavab olaraq Azərbaycan Prezidenti bildirib:

"Mən tövsiyə edərdim ki, hər bir lider öz ölkəsində iqlim dəyişikliyinə görə məsuliyyətli davransın və planeti qorumaq üçün hər şeyi etsin".

Sonda jurnalist planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, H.İhtiyar bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskidən də müsahibə almışdı.

Son xəbərlər