Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.
Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.
İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.
Qeyd edək ki, toplanışın əsas məqsədi hərbi vəzifəlilərin praktiki vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların yeni hərbi biliklər əldə etmələridir.
Oxşar xəbərlər
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu...