Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərib

Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərib
Foto
İdman 0

Argentina millisinin ulduz futbolçusu Lionel Messi İtaliyanın "Yuventus" klubunda çıxış edən türkiyəli futbolçu Kenan Yıldıza xüsusi hədiyyə göndərib.

BAKU.WS xəbər verir ki, Messi Argentina millisinin heyətində son oyununda geyindiyi və özü üçün xüsusi hazırlanmış butsları gənc futbolçuya bağışlayıb.

Dünya futbolunun əfsanəsindən gələn bu hədiyyə Kenan Yıldızı çox sevindirib. Gənc futbolçu hisslərini gizlətməyib.

O, aldığı hədiyyə ilə bağlı "Əgər emosional insan olsaydım, indi ağlayardım" sözlərini deyib.

Qeyd edək ki, oktyabrın 7-də Argentina Buenos-Ayresdəki "Monumental" stadionunda Beninlə yoldaşlıq oyunu keçirib. Qarşılaşma Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda start heyətində meydana çıxan 39 yaşlı Messi 90 dəqiqə oynayıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Digər qolları Nikolas Otamendi və Nikolas Pas vurublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər