İran Hörmüz boğazında 4 tankerin minaya düşərək partladığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Hörmüz boğazında son bir neçə saat ərzində azı 4 neft tankerinin minaya düşərək partladığı və alışdığı bildirilir.
BAKU.WS "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatlarına istinadən məlumat yayıb.
İran hərbçiləri zərər görən gəmilərin adlarını və hansı ölkələrə məxsus olduğunu açıqlamayıb. SEPAH-ın iddiasına görə, boğazın cənub hissəsində zərərçəkən gəmilər arasında supertanker də olub.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı birgə zərbələrindən sonra başlayan müharibə fonunda Tehran gəmilərdən Hörmüz boğazından keçmək üçün icazə tələb edir.
Bu həftənin əvvəlində İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf "Al Jazeera"ya açıqlamasında bildirib ki, Hörmüz boğazında gəmiçilik müharibədən əvvəlki qaydada bərpa olunmayacaq. Onun sözlərinə görə, boğaz yalnız ABŞ Tehranın tələblərini qəbul etdikdən sonra açılacaq.
Oxşar xəbərlər
Türkiyə serialları həvəskarlarının NƏZƏRİNƏ - Dəyişikliklər gözlənilir
Türkiyədə televiziya sektorunda yaşanan reklam böhranı serialların bölüm müddətinin azaldılması məsələsini gündəmə gətirib. BAKU.WS xəbər verir ki, reklam gəlir...