Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə yuxusunun sistematik şəkildə az olması damarların zədələnməsini sürətləndirərək infarkt və insult riskini yüksəldir.
BAKU.WS xəbər verir ki, bu barədə yuxu üzrə mütəxəssis, ali kateqoriyalı həkim İlya Smirnov "Lenta.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, xroniki yuxusuzluq ürək-damar xəstəlikləri riskini artıran amillərdəndir. Xüsusilə artıq çəkisi olan insanlarda ağır formada müşahidə edilən obstruktiv yuxu apnesi daha təhlükəlidir.
Mütəxəssis qeyd edib ki, bu zaman tənəffüs yollarının mütəmadi daralması orqanizmdə oksigen çatışmazlığına səbəb olur. Nəticədə stress hormonları ifraz edilir, damarlar spazma uğrayır və qan təzyiqində kəskin dəyişikliklər yaranır. Güclü xoruldama və nəfəsdə fasilələr isə yuxu apnesinin əsas əlamətləridir.
Smirnov gec yatmağın və alkoqoldan yuxu vasitəsi kimi istifadə etməyin də təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, yatmazdan əvvəl içilən alkoqol yuxunun keyfiyyətini pozur, xoruldama zamanı oksigen çatışmazlığını ağırlaşdırır və ürək-damar sisteminə əlavə yük yaradır.
Oxşar xəbərlər
Sabah bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
Sabah paytaxın bəzi ərazilərində su olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilir ki, mag...