Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir

Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir
Dünya 8

Geosiyasi analitik Fabrice Sorlin Fransada yoxsulluğun artması və miqrasiya ilə bağlı narazılıqların ölkəni vətəndaş müharibəsinə yaxınlaşdırdığını iddia edib.

BAKU.WS xəbər verir ki, o, bu fikirləri "RİA Novosti"yə müsahibəsində səsləndirib.

Analitikin sözlərinə görə, Fransa əhalisi ölkədə yoxsulluğun sürətlə artmasından narazıdır. O, bunun fonunda dövlətin Ukraynaya maliyyə ayırmasını da cəmiyyətdə narazılıq yaradan amillərdən biri kimi göstərib.

Sorlin həmçinin miqrasiya siyasətini tənqid edərək, ölkəyə gələn bəzi şəxslərin Fransa cəmiyyətinə inteqrasiya olunmaq istəmədiyini iddia edib.

Analitik Fransada əhalinin narazılıq səviyyəsinin yüksək olduğunu və vəziyyətin vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini söyləyib.

Qeyd edək ki, daha əvvəl Sankt-Peterburq Dövlət Universitetinin Avropa araşdırmaları kafedrasının dosenti Aleksey Çixaçev 2027-ci ilin yazında keçiriləcək prezident seçkiləri ərəfəsində Fransada etirazların yenidən başlaya biləcəyini bildirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər