İsrail ordusu HƏMAS-ın "Rəfah" briqadasının komandirini öldürdüyünü açıqlayıb

İsrail ordusu HƏMAS-ın Rəfah briqadasının komandirini öldürdüyünü açıqlayıb
Dünya 5
İsrail Müdafiə Ordusu və Şin Bet Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadına aid "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisin öldürüldüyünü açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu rəsmi Teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, Əbu Yunis sentyabrın 15-də əvvəlki briqada komandiri Nail Əbu Ubeydin öldürülməsindən sonra təxminən iki ay əvvəl bu vəzifəyə təyin edilib.

O, bundan əvvəl briqada komandirinin müavini və "Təl əs-Sultan" batalyonunun komandiri kimi vəzifələrdə çalışıb. İsrail tərəfinin məlumatına görə, Əbu Yunis HƏMAS-ın ali rəhbərliyində əsas fiqurlardan biri olub.

İsrail ordusu iddia edir ki, Əbu Yunis komandir olduğu müddətdə İsrail sakinlərinə və hərbçilərinə qarşı hücumların hazırlanmasına və həyata keçirilməsinə göstəriş verib. Həmçinin onun müharibə zamanı ciddi zərər görmüş "Rəfah" briqadasının və bütövlükdə HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olduğu bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər