Deniz Çakırın sevənlərinə şad xəbər - YENİDƏN…

Deniz Çakırın sevənlərinə şad xəbər - YENİDƏN…
Şou-biznes 0

Türkiyəli aktrisa Deniz Çakır televiziya ekranlarına qayıtmağa hazırlaşır. O, "Mükəmməl Analar" adlı yeni serialda rol alacaq.

BAKU.WS xəbər verir ki, "Pem Yapım"ın istehsalı olan serialın TV8 telekanalında yayımlanması planlaşdırılır.

Koray Kerimoğlunun rejissorluq edəcəyi layihənin ssenarisini Sevgi Yılmaz yazır. Deniz Çakır ekran əsərində Neslihan obrazını canlandıracaq.

Qadınların həyatından və mübarizəsindən bəhs edəcək serialın 2027-ci ilin yanvarında tamaşaçılara təqdim olunması gözlənilir. Digər aktyor heyəti və süjetin təfərrüatları yaxın günlərdə açıqlanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər