Holann UEFA Millətlər Liqasının tarixində yeni rekorda imza atıb

Holann UEFA Millətlər Liqasının tarixində yeni rekorda imza atıb
İdman 15

Norveç millisinin hücumçusu Erlinq Holann UEFA Millətlər Liqasının tarixində ən çox qol vuran futbolçu kimi şəxsi rekordunu yeniləyib.

BAKU.WS xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

26 yaşlı forvard noyabrın 14-də Uelsə qarşı keçirilən ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki qol sayını 23-ə çatdırıb.

Holannın ən yaxın izləyiciləri hərəyə 15 qolla serbiyalı Aleksandr Mitroviç və portuqaliyalı Kriştianu Ronaldudur.

Bu qol norveçli futbolçunun milli komandada keçirdiyi 60-cı oyunda 66-cı qolu olub. O, Norveç yığmasının tarixində ən məhsuldar futbolçu hesab olunur.

Qeyd edək ki, 5 turdan sonra 6 xal toplayan Norveç millisi qrup mərhələsində son oyununu noyabrın 17-də Danimarkaya qarşı səfərdə keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər