Rusiya 500-dən çox Ukrayna PUA-sının hücumuna məruz qaldığını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyi noyabrın 15-nə keçən gecə ölkə ərazisində 533 Ukrayna pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-ü saat 20:00-dan noyabrın 15-i saat 08:00-dək müxtəlif bölgələrdə PUA-lar zərərsizləşdirilib.
Nazirliyin məlumatına görə, pilotsuz aparatların Həştərxan, Belqorod, Bryansk, Voronej, Volqoqrad, Kursk, Lipetsk, Rostov, Saratov, Tula və Ulyanovsk vilayətləri, Krasnodar diyarı, Tatarıstan və Krım üzərində, həmçinin Azov və Qara dənizlərin akvatoriyalarında vurulduğu bildirilir.
Qeyd edək ki, Rostov vilayətinə hücum zamanı bir nəfərin öldüyü, daha dörd nəfərin yaralandığı barədə də məlumat yayılıb. PUA qalıqlarının avtomobillərə və yanacaqdoldurma məntəqəsinə düşdüyü bildirilib.
Oxşar xəbərlər
ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılmasının səbəbi açıqlanıb
ABŞ-nin bütün hava limanlarında təyyarə uçuşlarının dörd saat müddətinə dayandırılmasına səbəb Federal Aviasiya Administrasiyasının (FAA) sistemində aparılan te...