Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Yeniliklərdən dərhal xəbərdar olun
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb.
Onun məlumatına görə, hadisə noyabrın 14-nə keçən gecə Transilvaniyada, Sfıntu-Qeorqe yaşayış məntəqəsindən 6,8 dəniz mili (12,59 km) məsafəsində baş verib. Zərbə nəticəsində quru yük gəmisinin yük kranı zədələnib. Yanğın baş verməyib, xəsarət alan yoxdur.
Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hakimiyyət orqanlarının hadisədən xəbərdar olduğunu təsdiqləyib. Bununla yanaşı, o qeyd edib ki, yoxlamaların davam etməsi ilə əlaqədar olaraq təfərrüatlar hələ ki açıqlanmır.
Oxşar xəbərlər
Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi
Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən çirkli pulların yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib. BAKU.WS xəbər verir ki,...