Paşinyan: Ermənistan və Türkiyə sərhədlərin açılmasında son mərhələyə yaxındır

Paşinyan: Ermənistan və Türkiyə sərhədlərin açılmasında son mərhələyə yaxındır
Dünya 2

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması istiqamətində proses yekun mərhələyə yaxınlaşır.

BAKU.WS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda keçirilən müzakirələrdə deyib.

Paşinyan bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşə də toxunub. O, görüşün müsbət atmosferdə keçdiyini bildirərək tərəflərin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə etdiyini vurğulayıb.

Onun sözlərinə görə, tərəflər diplomatik əlaqələrin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxındır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər