Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi

Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi
Foto
Dünya 50

Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən çirkli pulların yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

BAKU.WS xəbər verir ki, ictimaiyyətdə "Çobanlar Qrupu" adı ilə tanınan cinayətkar şəbəkəyə qarşı aparılan istintaq çərçivəsində 10 şübhəli saxlanılıb, ümumi dəyəri 1 milyard 550 milyon lirə olan əmlak müsadirə edilib.

Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Ankara Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində məlum olub ki, şübhəlilər narkotik ticarətindən qazandıqları qanunsuz gəlirləri müxtəlif şirkətlər, maliyyə əməliyyatları və daşınmaz əmlak alaraq leqallaşdırıblar.

Şübhəlilərlə əlaqəli şirkətlər, eləcə də bu şirkətlərə bağlı otel və əyləncə mərkəzlərində axtarışlar aparılıb.

Həmin şirkətlərin ümumi əməliyyat həcminin 10 milyard 308 milyon 821 min 634 lirə olduğu üzə çıxıb.

İstintaq çərçivəsində şübhəlilərin bank hesabları və aktivləri yoxlanılaraq 1 milyard 550 milyon lirə dəyərində əmlaka həbs qoyulub.

Müsadirə edilən əmlakların siyahısında 660 milyon lirə dəyərində bir otel, 320 milyon lirə dəyərində 4 əyləncə mərkəzi, 300 milyon lirəlik 12 daşınmaz əmlak, 250 milyon lirə dəyərində 18 avtomobil, 20 milyon lirə dəyərində bir ofis var.

Əməliyyat zamanı 7 şübhəliyə məxsus 6 yaşayış evi və 6 iş yeri olmaqla ümumilikdə 12 ünvanda eyni vaxtda axtarışlar aparılıb.

Axtarışlar nəticəsində 12 milyon 726 min 835 lirə nağd pul, 79 milyon 320 min lirə dəyərində 316 borc sənədi, 38 min 320 ABŞ dolları və 3 min 790 avro, 2 kiloqram 130 qram qızıl, 317 ədəd "çeyrək", 9 ədəd "tam", 3 ədəd "qremse" qızıl və 8 qolbağ, 10 ədəd bahalı marka qol saatı ələ keçirilib.

Əməliyyatın ilkin mərhələsində barəsində qərar çıxarılan 7 şübhəlidən 6-sı yaxalanıb.

İstintaqın sonrakı gedişatında daha 4 nəfərin saxlanılması ilə ümumi saxlanılanların sayı 10-a çatıb. Hazırda axtarışda olan daha 1 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər