"Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Naxçıvan" voleybol klubu Azərbaycan Superliqasında ardıcıl ikinci qələbəsini qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qadın voleybolçular arasında keçirilən ölkə çempionatının II turunda "Naxçıvan" VK növbəti qələbəyə sevinib.
Komanda səfərdə "Gəncə" VK ilə qarşılaşıb. "Gəncə" İdman Sarayında keçirilən gərgin mübarizə şəraitində keçən görüşdə Naxçıvan təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.
Oyunun taleyi tay-brekdə həll olunub. Setlər üzrə hesab belə olub: 29:27, 17:25, 9:25, 25:18, 8:15.
Beləliklə, "Naxçıvan" VK Super Liqada ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.
Oxşar xəbərlər
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb. BAKU.WS xəbər verir ki, ilk yarış günündə qadınlar arasında...