Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır

Makron: Ukrayna NATO-da tamhüquqlu yerini tutmalıdır
Dünya 0
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-da mühüm rol oynadığını və alyansın tamhüquqlu üzvü olmalı olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

O qeyd edib ki, Paris tərəfdaşları ilə birlikdə Ukraynada ədalətli və davamlı sülhün təmin olunması istiqamətində çalışır. Makronun sözlərinə görə, əsas məqsədlərdən biri də Avropanın ümumi təhlükəsizlik sistemini gücləndirməkdir.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ nümayəndələrinin danışıqlar zamanı Kiyevdən NATO-ya üzvlük müqabilində Donbasdan qoşunlarını çıxarmağa razı olub-olmayacağını soruşduğunu açıqlamışdı.

Zelenski ölkəsinin neytral statusunun Konstitusiyada təsbit edilməsinə qarşı olduğunu bildirib. Onun fikrincə, belə bir addım Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatı verməyəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər