Portuqaliya millisindən Ronaldoya xüsusi JEST
15
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya millisinin futbolçuları UEFA Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl Kriştiano Ronaldonun 7 nömrəli forması ilə meydana çıxıblar.
BAKU.WS xəbər verir ki, bu addım 41 yaşlı hücumçunun noyabrın 5-də milli komanda karyerasını başa vurması münasibətilə ona ehtiram əlaməti olaraq atılıb.
Azarkeşlər stadionda "Təşəkkürlər, kapitan!" yazılmış plakatlar açıblar. Stadionun elektron tablolarında da Ronaldoya ünvanlanan oxşar mesajlar nümayiş etdirilib.
Oyunun 7-ci dəqiqəsində isə azarkeşlər bir dəqiqə ərzində alqışlarla əfsanəvi futbolçuya dəstək ifadə edib və onun adını səsləndiriblər.
Oxşar xəbərlər
Aleks Qrimaldo xəstələndi: İspaniya millisinin düşərgəsini tərk etdi
İspaniya millisinin futbolçusu Aleks Qrimaldo səhhətində yaranan problemə görə yığmanın düşərgəsindən ayrılıb. BAKU.WS xəbər verir ki, bu barədə İspaniya Kral F...