İran Trampı PUA hücumu ilə hədəfə almağı planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS xəbər verir ki, "Israel Hayom" qəzeti məlumatı adı açıqlanmayan İsrailli və ABŞ-li yüksək vəzifəli rəsmilərə istinadən yayıb.
Məlumata görə, İsrailin kəşfiyyat xidməti "Mossad" bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məlumat verib. İddialara əsasən, başqa bir Qərb kəşfiyyat qurumu da bu məlumatı təsdiqləyib.
Rəsmilər ABŞ və İran arasında razılaşma əldə olunması ehtimalının son günlərdə azaldığını bildiriblər. Bunun səbəblərindən biri kimi "Mossad"ın CIA-ya ötürdüyü kəşfiyyat məlumatları göstərilib. Həmin məlumatlarda partlayıcı ilə təchiz edilmiş PUA-lardan istifadə etməklə hücum ehtimalından bəhs olunur.
Nəşrin iddiasına görə, xəbərdarlıqdan sonra təhlükə altında olduğu düşünülən ABŞ rəsmiləri açıq hava tədbirlərində iştiraklarını azaldıb, onlardan bəziləri isə müvəqqəti olaraq təhlükəsiz obyektlərə yerləşdirilib.
ABŞ Prezidenti Donald Trampın ictimai tədbirlərində də əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü, PUA təhdidlərini zərərsizləşdirmək üçün xüsusi sistemlərdən istifadə edildiyi bildirilir.
Məlumatda ABŞ maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin təhlükəsizlik səbəbindən hərbi bazaya köçürüldüyü də iddia olunur.
Oxşar xəbərlər
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu
Bu gecə saat 2 radələrində Rumıniya yaxınlığındakı Sulina limanı ətrafında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub. BAKU.WS "Qafqazinfo"ya istinadən xə...