Bayden xatirələrində Zelenski ilə münasibətlərinin pərdəarxasını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS xəbər verir ki, bu barədə "Newsweek" nəşri noyabrın 17-də satışa çıxarılması planlaşdırılan "Promise Me, America" ("Mənə söz ver, Amerika") adlı kitabdan yayımlanan hissələrə istinadən yazıb.
Bayden xatirələrində Zelenskinin aktyorluq təcrübəsinin geniş olduğunu ilk görüşdən anladığını qeyd edib. Bununla belə, sabiq prezident şəxsi söhbətlər zamanı Ukrayna liderinin bəzən ziddiyyətli təəssürat yaratdığını bildirib.
"Şəxsi söhbətlərimiz zamanı Zelenski bəzən şıltaq və inadkar ola bilirdi, həmçinin gözlədiyim qədər minnətdarlıq göstərmirdi", – deyə Bayden yazıb.
O, Zelenski ilə münasibətlərində zaman-zaman gərginlik yarandığını da vurğulayıb. Baydenin sözlərinə görə, Ukrayna Prezidenti Vaşinqtondan əlavə silah və maliyyə yardımı tələb etməyə davam edib.
Qeyd edək ki, Baydenin "Promise Me, America" adlı memuarının noyabrın 17-də nəşr olunması planlaşdırılır.
Oxşar xəbərlər
Fransa vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir
Geosiyasi analitik Fabrice Sorlin Fransada yoxsulluğun artması və miqrasiya ilə bağlı narazılıqların ölkəni vətəndaş müharibəsinə yaxınlaşdırdığını iddia edib....