Qrip və pnevmoniyadan qorunmağın ən effektiv yolu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) "RIA Novosti"yə açıqlamasında bildirib.
Qurumun məlumatına görə, qripin ağırlaşma riski yüksək olan şəxslərə, o cümlədən tez-tez kəskin respirator virus infeksiyalarına yoluxanlara və xroniki xəstəlikləri olanlara peyvənd xüsusilə tövsiyə edilir.
Bundan əlavə, xəstəxanadan kənar pnevmoniyanın profilaktikası üçün pnevmokok və hemofil infeksiyalarına qarşı peyvənd olunmaq məsləhət görülür.
Rospotrebnadzor ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin də qripə qarşı peyvənd olunmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Yuxusuzluq infarkt və insult riskini artırır – Həkimdən xəbərdarlıq
Gecə yuxusunun sistematik şəkildə az olması damarların zədələnməsini sürətləndirərək infarkt və insult riskini yüksəldir. BAKU.WS xəbər verir ki, bu barədə yuxu...