Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI

Şamaxıda doqquz ton meyvə ətrafa dağıldı, YOL BAĞLANDI
Video
Hadisə 5

Şamaxıda yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122.2-ci kilometrliyində qeydə alınıb.

Baku TV-nin hadisə yerindən verdiyi məlumata görə, Bakı istiqamətində hərəkətdə olan yük avtomobilinin sürücüsü dairəvi yolda döngəni keçərkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb, yük yerindəki təxminən 9 ton xurma yola tökülüb.

Qəza səbəbindən Şamaxı şəhərinə giriş, eləcə də Ağsu və İsmayıllı rayonları istiqamətində yolun həmin hissəsində hərəkət məhdudlaşdırılıb. Sürücülər üçün alternativ olaraq yolun sağında və solunda yerləşən hərəkət zolaqları açılıb.

Hazırda nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi və yolun təmizlənməsi istiqamətində işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər