Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.
Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:
"Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm".
Xatırladaq ki, Günel Qədimova uzun illərdir "Xəzər Xəbər"in aparıcısı olub.
Oxşar xəbərlər
"Yeşilçam"ın ulduzunun sirli həyatı: Rəqabət, uğursuz evliliklər və faciəli son
Türk kinosunun tanınmış simalarından biri olan Oya Aydoğan güclü xarakterə malik, özünəinamlı qadın obrazları, istedadı və özünəməxsus ifa tərzi ilə "Yeşilçam"...