Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən "paratrike" tipli uçuş aparatı müşahidə edilib.
Bu barədə BAKU.WS-ə DSX-nin Mətbuat xidmətindən bildirilib.
Kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kq 270 qr marixuana, 1 kq 940 qr tiryək) və 4 000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycan ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.
DSX bir daha bildirib ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Qalereya
Oxşar xəbərlər
Bakıda şok oğurluq: Mağazadakı qızılları işçi aparıbmış
Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə,...