Bakıda şok oğurluq: Mağazadakı qızılları işçi aparıbmış
16
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda güclü külək ağacı aşırdı: İki nəfər evdə köməksiz qaldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məl...