637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Yeniliklərdən dərhal xəbərdar olun
Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan dayısı qızı ilə birlikdə kirayədə yaşayıb.
Bu il dayısı qızı akademiyanı bitirdiyi üçün Elmira da kirayədə yaşadığı mənzildən Azərbaycan Tibb Universitetinin yataqxanasına köçüb.
E.Eyyubovanın bacısı da bu il ali məktəbə qəbul olunub və onunla birlikdə həmin yataqxanada yaşamağa başlayıb.
Noyabrın 14-də axşam saatlarında bacısı mağazadan qayıdarkən Elmiranı ölü vəziyyətdə aşkarlayıb.
Elmira Eyyubova dünən doğulduğu Qəbələ rayonunda dəfn edilib.
Oxşar xəbərlər
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza-bərpa işləri aparılacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dekabrın 1-dən İmişli rayonundakı suvar...