Gəncədə binada köməksiz qalan uşaq xilas edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü Nurəddin Asim oğlu Əhmədovu valideynlərinə təhvil veriblər.
Oxşar xəbərlər
Yeni tibb fakültələri açılır: Həkim çatışmazlığı aradan qalxacaq?
Azərbaycanda ali tibbi təhsil sistemində yeni mərhələnin başlanması gözlənilir. Uzun illər ərzində ölkədə həkim hazırlığının əsas mərkəzi Azərbaycan Tibb Univer...