Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib.
İdarəetmədən çıxan "Hyundai Avante" markalı minik avtomobili yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in "112" qaynar te...