Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma fonunda hərbi vəziyyət gərginləşib. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətin ordusu Bab əl-Məndəb boğazı və Zubab rayonundakı mövqelərindən geri çəkilib.
BAKU.WS xəbər verir ki, "əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Yəmən ordusu beynəlxalq ictimaiyyəti strateji əhəmiyyətli boğazın husilərin nəzarətindən çıxarılmasına kömək etməyə çağırıb.
Ordunun sözçüsü, polkovnik Məcid əl-Nuzeyli Bab əl-Məndəb boğazının beynəlxalq gəmiçilik və ticarət üçün mühüm rol oynadığını bildirib.
Cənub Qüvvələri komandanlığı isə geri çəkilməni hərbi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövqelərin gücləndirilməsi ilə izah edib. Bildirilib ki, əsas məqsəd Ədənin təhlükəsizliyini qorumaq və Taiz şəhərinin mühasirəsini yarmaqdır.
Qeyd edək ki, Yəməndə husilərlə hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ildən davam edir. Bab əl-Məndəb boğazı beynəlxalq dəniz ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
SpaceX tarixə düşdü: Kosmik gəmi havada mexaniki qollarla tutuldu
"SpaceX" şirkəti "Starship" kosmik gəmisinin yörüngə uçuşundan sonra Yerə qayıdan üst pilləsini nəhəng mexaniki qollar vasitəsilə havada tutmağa nail olub. BAKU...