Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ot bağlamalarının yığıldığı sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 13 ton ot bağlamasının üç tonu yanıb. Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsu...