İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində iki kəşfiyyat peykinin radar görüntülərindən istifadə imkanı yaradacaq.
BAKU.WS xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Məlumata görə, Romanın Kiyevə təqdim edəcəyi 13-cü yardım paketinə ikinci nəsil "Cosmo-SkyMed" peyk sisteminə daxil olan iki peykdən əldə edilən məlumatlara çıxış da daxil ediləcək.
Bu peyklər hava şəraitindən və günün saatından asılı olmayaraq yüksək dəqiqlikli radar görüntüləri əldə etməyə imkan verir. Onların vasitəsilə hərbi texnika, istehkamlar və anbarlar, hətta gecə saatlarında və buludlu havada da müəyyən edilə bilər.
İtaliyanın müdafiə naziri Gvido Krozetto noyabrın 10-da məxfi yardım paketini parlamentin xüsusi xidmət orqanlarına nəzarət edən Copasir komitəsinə təqdim edib. Sənədin detalları açıqlanmayıb.
Qeyri-rəsmi razılaşmaya əsasən, Ukrayna əldə etdiyi peyk məlumatlarından yalnız öz ərazisində istifadə edə biləcək. Bu məlumatların Rusiya ərazisindəki hədəflərə qarşı hücumların hazırlanmasında tətbiqinə icazə verilməyəcək.
Bundan başqa, yardım paketinə "SAMP/T" hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatlarının daxil edilməsi də gözlənilir.
Qeyd edək ki, İtaliyanın Ukraynaya hərbi yardım göstərmək üçün mövcud qanunvericilik səlahiyyətlərinin müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
Oxşar xəbərlər
Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi
Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma fonunda hərbi vəziyyət gərginləşib. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətin ordusu Bab əl-Mə...