İsraildə İran kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən şəxs tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə hərbi və strateji obyektlərin görüntülərini İran kəşfiyyatına ötürməkdə şübhəli bilinən ölkə vətəndaşı saxlanılıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vissam Qalib Saleh Avad adlı şəxs İran nümayəndələri ilə əlaqə saxlamaqda və dövlət təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə şübhəli bilinir. O, İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisinin birgə əməliyyatı zamanı ölkənin şimalında saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəli ötən ay "Telegram" vasitəsilə İran tərəfi ilə özü əlaqə yaradıb. Onun ideoloji motivlərlə, maddi qarşılıq gözləmədən əməkdaşlıq təklif etdiyi bildirilir.
Araşdırma zamanı şəxsin hərbi bazaların, strateji obyektlərin və polis bölmələrinin fotoşəkillərini çəkdiyi, həmçinin sənədləri və ərazilərin yerləşməsini göstərən məlumatları İran tərəfinə ötürdüyü iddia olunur.
Polis açıqlayıb ki, şübhəlinin həbs müddəti bir neçə dəfə uzadılıb. Toplanmış sübutlar əsasında noyabrın 15-də ona rəsmi ittihamın irəli sürülməsi və məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılması üçün müraciət edilməsi gözlənilir.
Oxşar xəbərlər
İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək
İtaliya Ukraynaya növbəti hərbi yardım paketi çərçivəsində iki kəşfiyyat peykinin radar görüntülərindən istifadə imkanı yaradacaq. BAKU.WS xəbər verir ki, bu ba...