Bakıda güclü külək ağacı aşırdı: İki nəfər evdə köməksiz qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, S.Əsgərova küçəsində vətəndaşların köməyə ehtiyacının olması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, güclü külək nəticəsində irigövdəli ağacın aşaraq fərdi yaşayış evinin giriş-çıxış hissəsini bağlaması səbəbindən 2 nəfər sakinin evi tərk edə bilmədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşları təxliyə ediblər.
Oxşar xəbərlər
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun...