Bu il işləmək üçün Rusiyaya gedən azərbaycanlıların sayı məlum oldu

Bu il işləmək üçün Rusiyaya gedən azərbaycanlıların sayı məlum oldu
Dünya 8

2026-cı ilin ilk doqquz ayında 83 991 Azərbaycan vətəndaşı işləmək məqsədilə Rusiyaya yollanıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi statistik məlumatlarda qeyd olunub.

Göstəriciyə görə, Azərbaycan Rusiyaya əmək miqrantı göndərən ölkələr arasında yeddinci yerdə qərarlaşıb.

Siyahıda ilk yeri 1 milyon 535 min 26 nəfərlə Özbəkistan tutur. Sonrakı yerlərdə Tacikistan (665 892), Qırğızıstan (289 061), Qazaxıstan (176 037) və Çin (127 176) qərarlaşıb.

Müqayisə üçün bildirək ki, 2025-ci ilin eyni dövründə Rusiyaya işləmək üçün 1 milyon 771 min 406 Özbəkistan vətəndaşı gedib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər