Husilər Ədən şəhərinə yaxınlaşır: Hökumət əlavə qüvvələr cəlb edir
Yeniliklərdən dərhal xəbərdar olun
Yəməndə husilərlə hökumət qüvvələri arasında gərginlik artır. Husilərin beynəlxalq səviyyədə tanınan hökumətin müvəqqəti qərargahı hesab edilən Ədən şəhərinə doğru irəlilədiyi bildirilir. Silahlı qruplaşmanın mövqelərinin şəhərdən təxminən 50 kilometr aralıda olduğu qeyd olunur.
BAKU.WS xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Məlumata əsasən, Yəmən hökuməti mümkün hücumun qarşısını almaq və Ədənin müdafiəsini möhkəmləndirmək üçün ölkənin müxtəlif bölgələrindən əlavə hərbi qüvvələr toplamağa başlayıb. "Əl-Cəzirə" telekanalının məlumatına görə, Bab əl-Məndəb boğazı ətrafında yerləşən ərazilərdəki hökumət qüvvələrinin də başqa istiqamətlərə köçürülməsi nəzərdə tutulur.
Husilər isə hökumət qüvvələrinin mövqelərini tərk etməsindən sonra Qırmızı dəniz sahilindəki bir sıra ərazilərə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
Oxşar xəbərlər
Bu il işləmək üçün Rusiyaya gedən azərbaycanlıların sayı məlum oldu
2026-cı ilin ilk doqquz ayında 83 991 Azərbaycan vətəndaşı işləmək məqsədilə Rusiyaya yollanıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi statistik...