Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb

Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb
Dünya 18

ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən etirazlarla bağlı açıqlama verərək, ölkənin miqrantlar tərəfindən ələ keçirildiyini iddia edib. O, Fransa hakimiyyətini nəzarəti itirməkdə ittiham edərək sərhədlərin dərhal bağlanmasını tələb edib.

BAKU.WS xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Fransadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

"Fransa miqrantlar tərəfindən ələ keçirilib. Sərhədlərini dərhal bağlamalıdırlar", – deyə ABŞ lideri bildirib.

Tramp Fransada davam edən etirazları şərh edərkən ölkədə vəziyyətə nəzarətin itirildiyini irəli sürüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər