Azərbaycan Mərkəzi Bankı Slovakiya Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) və Slovakiya Milli Bankı (SMB) arasında Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində SMB-nin sədri Peter Kazimirlə görüş keçirib. Görüş zamanı qlobal və regional makroiqtisadi mühit, maliyyə sektorunda müşahidə olunan inkişaf meyilləri və iki qurum arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.
Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 450 min ABŞ dolları dəyərində mal ixrac edib. BAKU.WS xəbər verir ki, bu barədə report-a Dövl...